ABŞ İran limanlarının blokadası ilə bağlı açıqlama yayıb

ABŞ İran limanlarının blokadası ilə bağlı açıqlama yayıb

DÜNYA
345

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (United States Central Command (CENTCOM)) İran limanlarının blokadasının təmin edildiyini iddia edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat qurumun “X” (Twitter) hesabında yayılan bəyanata istinadən bildirilib.

Bəyanatda CENTCOM rəhbəri Bred Kuper Yaxın Şərqdə dəniz üstünlüyünün əldə olunduğunu və İran limanlarının blokadasının həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, son 36 saat ərzində İranın dəniz ticarəti iflic vəziyyətə salınıb.

Məlumatda bu addımların regionda dəniz nəqliyyatı və təhlükəsizlik balansına təsir göstərdiyi vurğulanıb.

Eyni zamanda yayılan iddialarda fevralın 28-də ABŞ və İsrail-in İrana qarşı hərbi əməliyyatlara başladığı, bir sıra şəhərlərə zərbələr endirildiyi qeyd olunub. Qarşılıqlı raket və pilotsuz uçuş aparatları (PUA) hücumları barədə də məlumatlar yer alıb.

Bildirilib ki, artan gərginlik fonunda regionun enerji infrastrukturu və dəniz nəqliyyatı risk altında qalıb, xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik vəziyyəti dünya bazarlarında neft qiymətlərinə təsir göstərib.

Məlumatlarda həmçinin ABŞ və İran arasında müvəqqəti atəşkəs və danışıqlarla bağlı iddialar yer alsa da, yekun razılaşmanın əldə olunmadığı qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ İran limanlarının blokadası ilə bağlı açıqlama yayıb — Fins.az — Fins.az