
ABŞ və İran arasında razılaşma gözləntiləri artır – Tramp tarix açıqladı
Fins.az - ABŞ Prezidenti Donald Trump İranla mübahisəli məsələlərin bir hissəsinin həlli ilə bağlı razılaşmanın gələn həftə əldə olunacağına ümid etdiyini bildirib.
ABC News-a müsahibəsində Tramp atəşkəs rejiminin uzadılması və Hörmüz boğazının açılması ilə bağlı mümkün razılaşmanın nə vaxt əldə oluna biləcəyi barədə suala cavab verərkən "Gələn həftə ərzində" ifadəsini işlədib.
ABŞ lideri İranla aparılan danışıqların gedişatını da müsbət qiymətləndirib.
“Hər şey yaxşı gedir”, – deyə Tramp Tehranla aparılan danışıqlara münasibət bildirərkən vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların uğurla nəticələnməsi qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə dünya neft tədarükünün əsas marşrutlarından biri hesab olunan Hörmüz boğazının fəaliyyətinin bərpası enerji qiymətlərinə və beynəlxalq ticarətə müsbət təsir göstərə bilər.