ABŞ-ın ticarət kəsiri son 6 ildə ilk dəfə azalıb

ABŞ-ın ticarət kəsiri son 6 ildə ilk dəfə azalıb

DÜNYA
779

ABŞ-ın Çin idxalına müəyyən etdiyi yeni tariflər nəticəsində ölkənin ticarət defisiti son 6 ildə ilk dəfə azalaraq 616 mlrd. dollar təşkil edib.

Fins.az-ın verdiyi məlumata görə, azalma 2018-ci ilə müqayisədə 1,7% olub. Bu, ÜDM-in 2,9%-ni təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 0,1 faiz bəndi azdır. Bundan əlavə, ötən il ixracın da 1,3% azalması da sənaye məhsullarının, eləcə də digər malların tədarükünün azalması ilə əlaqədardır.

Təkcə ötən ilin dekabrında ABŞ-ın ticarət kəsiri 4,3 mlrd. dollar artaraq 80,5 mlrd. dollar çatıb. Bunun əsas səbəbi kimi sözügedən ayda müşahidələr tarixində ən yüksək – 17,1 mlrd. dollarlıq neft idxalatı göstərilir.

©Apa

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-ın ticarət kəsiri son 6 ildə ilk dəfə azalıb — Fins.az — Fins.az