ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsindən Türkiyə ilə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsindən Türkiyə ilə bağlı AÇIQLAMA

DÜNYA
561

“Birləşmiş Ştatlar və Türkiyəni ümumi maraqlar birləşdirir”.

Fins.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

“Biz ümumi prioritetlərimiz üzrə əməkdaşlıq etməyə çalışırıq və müttəfiqlərimizin hər biri ilə olduğu kimi, fikir ayrılıqları ilə bağlı dialoq aparırıq. ABŞ-ın Türkiyə ilə Suriyada müharibənin dayandırılması, terrorizmə qarşı mübarizə və regionda düşmən planlarının qarşısını almaq kimi ortaq maraqları var”, - diplomat Dövlət Departamentindəki brifinqdə deyib.

O vurğulayıb ki, Türkiyə “ABŞ-ın NATO üzrə çoxdankı və dəyərli tərəfdaşıdır”.

Ankaranın Rusiya istehsalı olan S-400-lər alması mövzusunu şərh edən Prays bildirib ki, “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib”.

Prays onu da bildirib ki, ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsindən Türkiyə ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az