ABŞ-da xam neft ehtiyatları artıb

ABŞ-da xam neft ehtiyatları artıb

DÜNYA
744

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 3,4 milyon barel (0,8%) artımla 435 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar proqnozu ehtiyatların 2,8 milyon barel artacağı istiqamətində idi.

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb.
 

NEFT İSTEHSALI AZALIB

 

ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 46 min barel azalaraq 6,61 milyon barel təşkil edib, neft ixracı da gündəlik ortalama 96 min barel azalaraq 3,41 milyon narelə geriləyib. 

 

Ölkənin xam neft istehsalı 25-31 Yanvar həftəsində gündəlik ortalama 99 min barel azalaraq 12,9 milyon barel səviyyəsində reallaşıb. EIA-nın yanvar hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 13,3 milyon barel olması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da xam neft ehtiyatları artıb — Fins.az — Fins.az