ABŞ-da səhm investorları vəziyyətdən məmnun görünmürlər

ABŞ-da səhm investorları vəziyyətdən məmnun görünmürlər

DÜNYA
247

JPMorgan Chase & Co.-nun rüblük qazanc mövsümünə başlamasından 11 ticarət günü keçib. S&P 500 İndeksi bu seansların doqquzunda düşüb, dörd seansda itki 1 faizi ötüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, satışları və səhm başına qazancları analitiklərin gözləntilərindən aşağı olan şirkət səhmlərinin balans hesabatının açıqlanmasından sonrakı ticarət günündə orta hesabla azalması S&P 500 indeksində eyni dövrdə yaşanan itkini  5,7% üstələyib.

Bu, 2017-ci ildən bəri ən yüksək səviyyə olub. Qlobal bazarlardakı son dalğalanmaların arxasında Yaxın Şərqdəki qarşıdurmalar, FED-in faiz dərəcəsi və 10 illik xəzinə faizlərinin  5%-ə çatması kimi faktorlar dayansa da, gözləntilərə cavab verməyən balanslar da “duz-istiot” effekti yaradıb.

Evercore ISI-dən Rich Ross, "Makro bazarda hökmranlıq etməyə davam edir və gözləntilərə cavab verməyən balans hesabatlarına reaksiya adi reaksiyadan daha mənfi olub" deyib. "Daha geniş nöqteyi-nəzərdən bu, təkcə cari vəziyyətlə bağlı deyil, həm də gələn ilin proqnozlaşdırılması ilə bağlı qeyri-müəyyənliyi əks etdirir" deyə əlavə edib.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da səhm investorları vəziyyətdən məmnun görünmürlər — Fins.az — Fins.az