
ABŞ-da 10 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 10 mini ötüb.
Belə bir məlumat federal və ştat rəsmilərinin hesabatları əsasında Con Hopkins Universitetinin saytında yerləşdirilib.
Son məlumatlara görə, ABŞ-da 10755 virusa yoluxmuş insan var. Koronavirusun yaratdığı xəstəlik nəticəsində 154 nəfər, o cümlədən Vaşinqton ştatında 68, Nyu-Yorkda 20, Kaliforniyada 16 nəfər ölüb, 106 nəfər isə sağalıb.
Fransada koronavirusa yoluxanların sayı 11 minə çatıb
Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı təxminən 2 min nəfər artaraq 11 minə çatıb, 372 nəfər virusun qurbanı olub.
Bu barədə ölkənin Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon açıqlamasında bildirib.
“Fransada epidemiya artmaqda davam edir. Bu gün 10995 təsdiqlənmiş yoluxma halı qeydə almışıq. Xəstəxanaya yerləşdirilənlərdən 1122 nəfər ağır vəziyyətdədir”, - deyə Salomon brifinq zamanı qeyd edib. Onun sözlərinə görə, hazırda 4461 nəfər xəstəxanadadır.
Son sutka ərzində ölkədə virusdan ölənlərin sayı 100 nəfər artaraq 372 nəfər təşkil edib.
Bundan əvvəl 9134 yoluxma halının və 264 ölüm faktının qeydə alındığı bildirilmişdi.