
ABŞ və Çin bəzi mallara tətbiq edilən rüsumları azaltmaq barədə razılığa gəlib
Fins.az - Çin və Amerika Birləşmiş Ştatları bir sıra mallara tətbiq olunan gömrük rüsumlarının qarşılıqlı şəkildə azaldılması barədə razılığa gəliblər.
Bu barədə Bloomberg Ministry of Commerce of the People’s Republic of Chinanın bəyanatına istinadla məlumat yayıb.
Bildirilib ki, tərəflər bu addımı qarşılıqlı ticarətin, xüsusilə kənd təsərrüfatı sektorundakı əməkdaşlığın genişləndirilməsi məqsədilə atıblar.
Hələlik rüsumların hansı mallara şamil ediləcəyi açıqlanmayıb və tərəflər detallarla bağlı danışıqları davam etdirirlər.