
ABŞ CFTC neft bazarında şübhəli əməliyyatları araşdırır
Fins.az - ABŞ Ticarət üzrə Əmtəə Fyuçersləri Komissiyası (CFTC) neft bazarında Donald Trampın İranla bağlı siyasətindəki kəskin dəyişikliklərdən əvvəl həyata keçirilmiş şübhəli əməliyyatları araşdırır.
Məlumata görə, araşdırma CME Group və Intercontinental Exchange platformalarında bağlanmış neft fyuçers müqavilələrini əhatə edir. Regulyator artıq birja operatorlarından əməliyyatlarla bağlı detallı məlumatlar tələb edib.
CFTC ən azı iki hadisəni araşdırır. Bu hallarda neft fyuçerslərinin ticarət həcmi mühüm siyasi açıqlamalardan qısa müddət əvvəl kəskin şəkildə artıb.
Bu vəziyyət, bazar məlumatlarından mümkün qeyri-qanuni istifadə və ya daxili informasiyaya əsaslanan ticarət şübhələrini gündəmə gətirib.