
ABŞ və BƏƏ arasında strateji görüş keçirilib
Fins.az - ABŞ Dövlət katibi Marko Rubio və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında strateji görüş keçirilib.
Görüş zamanı ABŞ ilə İran arasında əldə olunmuş razılaşma, eləcə də Hörmüz boğazının açılması istiqamətində atılan addımlar müzakirə edilib.
Tərəflər həmçinin ABŞ ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.