
ABŞ-də anomal istilər nəticəsində 25 nəfər ölüb
Fins.az - ABŞ-də müşahidə olunan rekord istilər nəticəsində azı 25 nəfər həyatını itirib.
Məlumata görə, ölüm hallarının əksəriyyəti New Jersey ştatında qeydə alınıb. Burada 22 nəfər isti hava səbəbindən ölüb.
Nyu-Cersi Səhiyyə Departamentinin nümayəndəsi Dahlia Ewais bildirib ki, həyatını itirənlərin əksəriyyəti 30-80 yaş arasında olub.
Onun sözlərinə görə, ölüm halları ştatın əsasən mərkəzi və şimal hissələrində yerləşən 10 dairədə qeydə alınıb.