ABŞ-da adambaşına düşən borc 114 min dolları ötərək yeni həddə çatıb

ABŞ-da adambaşına düşən borc 114 min dolları ötərək yeni həddə çatıb

DÜNYA
179

Fins.az - 2026-cı il martın 18-də ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 39 trilyon dollar həddini keçib və 39,03 trilyon dollara çataraq rekord səviyyə qeydə alıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkədə adambaşına düşən dövlət borcu artıq 114 min dolları ötüb. Son 1 trilyon dollarlıq artımın isə beş aydan daha qısa müddətdə baş verməsi borcun artım tempinin sürətləndiyini göstərir.

Eyni zamanda qeyd olunur ki, dövlət borcunun xidmət xərcləri artıq ABŞ-ın hərbi büdcəsini üstələyir. Bu isə federal maliyyə siyasətində borclanmanın yükünün getdikcə artdığını və büdcə xərcləri strukturunda mühüm dəyişikliklərin baş verdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da adambaşına düşən borc 114 min dolları ötərək yeni həddə çatıb — Fins.az — Fins.az