Abelardo de la Esprielya Kolumbiyanın yeni prezidenti elan edilib

Abelardo de la Esprielya Kolumbiyanın yeni prezidenti elan edilib

DÜNYA
191

Fins.az - Kolumbiyanın Milli Seçki Şurası Abelardo de la Esprielyanı ölkənin yeni prezidenti kimi rəsmi şəkildə təsdiqləyib.

Qurumun nümayəndəsi Xayme Ernando Suaresin açıqlamasına görə, Abelardo Qabriel de la Esprielya Otero 2026–2030-cu illər dövrü üçün Kolumbiya Respublikasının prezidenti seçilib.

Yeni prezident “Vətənin Müdafiəçiləri” hərəkatını təmsil edir.

Məlumata əsasən, onun andiçmə mərasimi avqustun 7-də keçiriləcək və həmin tarixdən etibarən o, rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Abelardo de la Esprielya Kolumbiyanın yeni prezidenti elan edilib — Fins.az — Fins.az