26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunur

26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunur

DÜNYA
324

Fins.az - 26 aprel tarixində Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunur. Bu əlamətdar gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə təsis edilib.

Münasibətlə hər il Əqli Mülkiyyət Agentliyi tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Məqsəd yaradıcılıq, ixtiraçılıq və innovasiyanın təşviq olunmasıdır.

Son illərdə Azərbaycanda patent və ixtira fəallığında artım müşahidə olunur. Məlumata görə, 2025-ci ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsi üçün 481 iddia sənədi daxil olub. Bu göstərici 2024-cü ildə 349 idi.

İxtiralar üzrə müraciətlər 38,2 faiz, faydalı modellər üzrə 11,6 faiz, sənaye nümunələri üzrə 76 faiz, Avrasiya patentləri üzrə isə 46 faiz artıb. Ümumilikdə patent müraciətlərində artım 2024-cü illə müqayisədə 37,8 faiz təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunur — Fins.az — Fins.az