2030-cu il gündəliyinin tamamlanması kritik əhəmiyyət daşıyır — Mexiko şəhərinin meri

2030-cu il gündəliyinin tamamlanması kritik əhəmiyyət daşıyır — Mexiko şəhərinin meri

DÜNYA
140

Mexiko 2028-ci ildə 2030-cu ilədək yeni şəhər gündəliyinin formalaşdırılması prosesinə fokuslanacaq. Prioritet istiqamətlər sırasında mənzil siyasəti, şəhər hüququ və urbanizm məsələləri yer alacaq.

Fins.az xəbər verir ki, bu barədə Mexiko şəhərinin meri Klara Bruqada Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı bildirib.

Mer qeyd edib ki, 2028-ci il WUF13 çərçivəsində əsas müzakirə mərhələlərindən biri olacaq və bu dövr 2030-cu il gündəliyinin tamamlanması baxımından mühüm əhəmiyyət daşıyacaq.

Onun sözlərinə görə, bu mərhələ BMT və müxtəlif ölkələrin iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması və bərabərsizliklərin azaldılması üçün kritik keçid dövrü kimi qiymətləndirilir.

“Biz hesab edirik ki, 2028-ci ildə əsas diqqət yeni şəhər gündəliyinin formalaşdırılmasına yönələcək. Bu çərçivədə dünya şəhərləri yenidən mənzil siyasəti, şəhər hüququ və urbanizm kimi fundamental məsələləri müzakirə edəcəklər”, – deyə Klara Bruqada bildirib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Forum mənzil təminatı, dayanıqlı şəhər inkişafı və urbanizasiya kimi qlobal çağırışların müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2030-cu il gündəliyinin tamamlanması kritik əhəmiyyət daşıyır — Mexiko şəhərinin meri — Fins.az — Fins.az