
2026 Dünya Çempionatı finalının biletləri rekord qiymətlərlə satılır
Fins.az - 2026-cı il futbol üzrə Dünya Çempionatının final oyununun biletləri rekord qiymətlərlə satışa çıxarılıb.
FIFA World Cup 2026-ın rəsmi və ikinci əl satış platformasında bəzi biletlərin qiyməti həddindən artıq yüksək səviyyəyə çatıb.
Məlumata görə, 1-ci kateqoriya biletlər 16 000–24 000 dollar arasında dəyişir. Daha yüksək tələbat olan yerlərdə isə qiymətlər 2,3 milyon dollara qədər yüksəlib. Ən ucuz biletin qiyməti isə təxminən 11 000 dollar təşkil edir.
Final matçı MetLife Stadium stadionunda keçiriləcək. FIFA bildirir ki, ikinci əl satış platformasında qiymətlər satıcılar tərəfindən sərbəst müəyyən edilir və təşkilat buna birbaşa nəzarət etmir.