
2026-cı ilin I rübündə elektromobil satışları azalıb
Fins.az - Qlobal elektromobil bazarında 2026-cı ilin ilk rübündə azalma qeydə alınıb.
PwC şirkətinin təhlilinə görə, 43 əsas bazarda elektrik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 2,7 milyona yaxın olub.
Son illərdə davamlı artım fonunda bu geriləmə qeyri-adi hesab olunur. Belə ki, 2025-ci ildə satışlar əhəmiyyətli dərəcədə – təxminən üçdəbir qədər artmışdı.
Azalmanın əsas səbəbi ən böyük bazar olan Çin-də satışların zəifləməsi olub. Bu ölkədə 1,32 milyon elektromobil satılıb ki, bu da illik müqayisədə 20% azdır.
ABŞ-də isə azalma daha kəskin olub – satışlar təxminən 23% geriləyərək 233 min ədəd təşkil edib.