12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur

12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur

DÜNYA
331

Fins.az - 12 aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. Bu tarix 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarinin “Vostok-1” kosmik gəmisi ilə Yer orbitinə çıxması ilə bağlıdır. Onun 1 saat 48 dəqiqə davam edən uçuşu kosmik dövrün başlanğıcı kimi tarixə düşüb.

Müstəqillik illərində Azərbaycan da kosmik sahədə mühüm inkişaf yolu keçib. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə kosmik sənayenin yaradılması prosesi başlanıb.

2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis olunub, 2013-cü ildə “Azerspace-1” peyki orbitə buraxılıb. Daha sonra 2014-cü ildə “Azersky”, 2018-ci ildə isə “Azerspace-2” peykləri kosmosa çıxarılıb və Azərbaycan “kosmik klub” ölkələri sırasına daxil olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur — Fins.az — Fins.az