103 ölkədən 569 QHT Bakı Bəyannaməsini imzalayıb

103 ölkədən 569 QHT Bakı Bəyannaməsini imzalayıb

DÜNYA
363

Fins.az - “Global South NGO Platform”un təşəbbüsü ilə WUF13 çərçivəsində hazırlanmış “Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 qeyri-hökumət təşkilatı təmsilçisi imzalayıb.

Sənəd forumda iştirak edən xarici QHT nümayəndələri üçün imzaya açıq təqdim olunub.

Bəyannamədə iştirakçılar Azərbaycanı WUF13-ün uğurlu təşkilinə və beynəlxalq şəhər dialoquna verdiyi töhfəyə görə təbrik ediblər.

Sənəddə qeyd olunur ki, forum tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər inkişafı məsələlərini yeni siyasi səviyyəyə çıxarıb və qlobal gündəlikdə daha önəmli yerə gətirib.

Həmçinin bəyanatda dünyada urbisid, kultursid və ekosid halları fonunda Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsinin beynəlxalq nümunə kimi qəbul edilməsi təklif edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
103 ölkədən 569 QHT Bakı Bəyannaməsini imzalayıb — Fins.az — Fins.az