100-dən çox şirkət Claude Mythos 5 süni intellekt modelinə çıxış əldə edəcək

100-dən çox şirkət Claude Mythos 5 süni intellekt modelinə çıxış əldə edəcək

DÜNYA
197

Fins.az - ABŞ hakimiyyəti Anthropic şirkətinə Claude Mythos 5 süni intellekt modelini məhdud sayda etibarlı tərəfdaşa təqdim etməyə icazə verib.

Məlumata görə, modelə çıxış 100-dən çox şirkət və təşkilata veriləcək. Onların arasında Fortune 500 siyahısına daxil olan bir sıra iri şirkətlər də var.

Bundan əvvəl ABŞ hakimiyyəti Anthropic-dən qabaqcıl süni intellekt modellərinə çıxışı müvəqqəti dayandırmağı tələb etmişdi. Buna səbəb həmin texnologiyalardan Çin, Rusiya və digər ölkələrin hərbi və kəşfiyyat qurumlarının istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar idi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
100-dən çox şirkət Claude Mythos 5 süni intellekt modelinə çıxış əldə edəcək — Fins.az — Fins.az