“Xınalıq və Köç Yolu” qoruğu nəqliyyat vasitələrinin təmiri üçün satınalma müsabiqəsi elan edib

“Xınalıq və Köç Yolu” qoruğu nəqliyyat vasitələrinin təmiri üçün satınalma müsabiqəsi elan edib

DİGƏR
238

Dövlət Turizm Agentliyinin “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu nəqliyyat vasitələrinin cari təmir xidməti üzrə yeni satınalma müsabiqəsi elan edib.

Fins.az xəbər verir ki, qoruğun balansında olan nəqliyyat vasitələrinin texniki dayanıqlığının təmin edilməsi və onların fasiləsiz istismarının davam etdirilməsi nəzərdə tutulur.

Müsabiqə çərçivəsində nəqliyyat vasitələrinin cari təmir xidməti üçün planlaşdırılan məbləğ  2.250,26 manat təşkil edir. Təkliflər mayın 8-ə qədər qəbul ediləcək və zərflərin açılış da eyni gün müəyyən edilib.

Təşkilatın VÖEN-i 4500551201, ünvanı isə Quba rayonu, Xınalıq kəndidir.

https://etender.gov.az/main/competition/detail/350784

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Xınalıq və Köç Yolu” qoruğu nəqliyyat vasitələrinin təmiri üçün satınalma müsabiqəsi elan edib — Fins.az — Fins.az