
VI “Yüksəliş” müsabiqəsi üçün yaş və təhsil tələbləri açıqlanıb
VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
Fins.az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə əlaqəli keçirilən brifinqdə məlumat verib.
Müsabiqə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, qeydiyyat 16 apreldə başa çatacaq və iştirak etmək istəyənlər “yukselish.az” rəsmi internet səhifəsində şəxsi kabinet yaradaraq qeydiyyat formasını doldurmalıdır.
Müsabiqəyə yaşı 21–51 arasında olan, ali təhsilli və ən azı 2 il idarəetmə təcrübəsi olan Azərbaycan vətəndaşları qoşula bilərlər. “Yüksəliş” altı mərhələdən ibarətdir: qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final.
Xatırladılıb ki, müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Qaliblər mentorlar tərəfindən birillik fərdi inkişaf planı və 20 min manat pul mükafatı əldə edəcəklər.
Fuad Mədətov
Fins.az