Ukraynanın unlu qənnadı məhsulları ixracında Azərbaycan 8-ci yerdə qərarlaşıb

Ukraynanın unlu qənnadı məhsulları ixracında Azərbaycan 8-ci yerdə qərarlaşıb

DİGƏR
230

Azərbaycan Ukraynadan ötən il 3 min ton unlu qənnadı məhsulu idxal edib.

Fins.az bu barədə Ukrayna mətbuata istinadən xəbər verir.

Bununla da, Ukraynanın unlu qənnadı məhsulları ixracında Azərbaycan 8-ci yerdə qərarlaşıb.

2023-cü ildə Ukraynadan ümumilikdə 213 milyon ABŞ dolları dəyərində 89 min ton unlu qənnadı məhsulu ixrac edilib ki, bu da, 2022-ci illə müqayisədə müvafiq olaraq 40 % və 29 % çoxdur.

Hesabat dövründə Ukraynanın unlu qənnadı məhsullarının 57 %-i və ya 122 milyon ABŞ dollarlıq hissəsi Avropa İttifaqına göndərilib.

Ötən il Ukraynadan unlu qənnadı məhsullarının əsas idxalçıları Rumıniya (14 min ton), Moldova (10 min ton), Latviya (5 min ton), Almaniya (5 min ton), Gürcüstan (4 min ton), Litva (4 min ton), Bolqarıstan (3 min ton) və Azərbaycan (3 min ton) olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ukraynanın unlu qənnadı məhsulları ixracında Azərbaycan 8-ci yerdə qərarlaşıb — Fins.az