
UEFA Çempionlar Liqasında 1/4 finalçıların hamısı müəyyənləşib
Fins.az - UEFA Çempionlar Liqasında cavab oyunlarının nəticələrinə görə 1/4 final iştirakçıları müəyyənləşib. 1/8 finalın son oyunlarında “Barcelona”, “Bayern”, “Liverpool” və “Atletico” növbəti mərhələyə yüksəlib. Həmin oyun gecəsində dörd matçda ümumilikdə 23 qol vurulub.
Əvvəlki günlərdə 1/4 finala “PSG”, “Real Madrid”, “Arsenal” və “Sporting” da vəsiqə qazanmışdı. Növbəti mərhələdə cütlüklər belə formalaşıb: PSG – Liverpool, Real Madrid – Bayern, Barcelona – Atletico, Sporting – Arsenal. İlk oyunlar 7 aprel, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.