Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

DİGƏR
622

2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 9,7 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,4 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 5,8 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 9 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb — Fins.az