Türkiyədə bəzi reklamlar qadağan olunur

Türkiyədə bəzi reklamlar qadağan olunur

DİGƏR
117

Türkiyənin Gömrük və Ticarət Nazirliyi reklam yerləşdirilməsi qaydalarının sərtləşdirilməsinə dair qanun layihəsi hazırlayır. Fins.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, qanun layihəsində reklam çarxlarında belə sözlərdən istifadə etmək qadağan olunacaq; “satışı məhdudlaşdırılmış”, “ilk dəfə olaraq”, “tələsin” və s.

Bundan başqa, Türkiyə ərazisində astrologiyaya aid kitab və broşurların, ekstrasenslərin reklamını qadağan etmək planlaşdırılır.

Qanun layihəsinə əsasən, ölkə ərazisində reklam çarxlarında dərman preparatlarının reklamı qadağan olunacaq. Həmçinin, dini atributların reklam çarxlarında nümayiş etdirilməsini qadağan etmək planlaşdırılır. Yeni qanun layihəsi yaxın günlərdə Türkiyə parlamentinin müzakirəsinə təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə bəzi reklamlar qadağan olunur — Fins.az — Fins.az