“Teleradio” MMC-yə rəhbər təyin olunub

“Teleradio” MMC-yə rəhbər təyin olunub

DİGƏR
340

Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası MMC-də (Teleradio) rəhbər dəyişikliyi baş verib.

Fins.az xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Məlumata görə, onun yerinə Əlibaba Əliyev təyin olunub və müvafiq vəzifənin icrası ona həvalə edilib.

Qeyd edilib ki, Əlibaba Əliyev eyni zamanda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

Xatırladaq ki, Teymur Əsgərzadə bu vəzifəyə ötən ilin yanvar ayında təyin olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...