SOCAR və Vyetnam enerji şirkətləri təcrübə mübadiləsini gücləndirir

SOCAR və Vyetnam enerji şirkətləri təcrübə mübadiləsini gücləndirir

DİGƏR
646

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın “VietsoVPetro” və “PetroVietnam” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə Finss.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Vyetnamın “VietsoVPetro” şirkətinin qazma işləri üzrə baş direktoru Fam Xuan Son və “PetroVietnam” şirkətinin neft və qaz müqavilələrinin idarə edilməsi şöbəsinin rəhbəri Tran Manh Cuong ilə görüşüb.

Görüşdə, bununla yanaşı, təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR və Vyetnam enerji şirkətləri təcrübə mübadiləsini gücləndirir — Fins.az