
SOCAR-ın Qaz İxracı İdarəsi ixracdan 2,6 milyon dollar gəlir əldə edib
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsi ixrac əməliyyatlarından 2,6 milyon ABŞ dolları gəlir əldə edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac icmalı”nın mart nəşri bu məlumatı təqdim edib. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında liderlik SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir.
Siyahıda həmçinin digər dövlət şirkətləri də yer alır: AzerGold QSC, SOCAR Polymer MMC, Azəralüminium MMC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC, SOCAR-DALĞIC MMC, Azərbaycan Dəmir Yolları QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, İstisu mineral su zavodu MMC və Qaradağ Şüşə Zavodu ASC.