“SOCAR Polymer”in ixrac gəlirləri 41,7% artıb

“SOCAR Polymer”in ixrac gəlirləri 41,7% artıb

DİGƏR
215

2026-cı ilin yanvar-fevral aylarında “SOCAR Polymer” MMC ixrac əməliyyatlarından 30,9 milyon ABŞ dolları gəlir əldə edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə “SOCAR Polymer”in ixrac gəlirləri 9,1 milyon dollar və ya 41,7% artım göstərib.

İİTKM-in açıqlamasına görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında dövlətə məxsus şirkətlərin siyahısında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda həmçinin aşağıdakı müəssisələr təmsil olunub: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, ARDNŞ-in Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “İstisu” Mineral Su Zavodu MMC.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“SOCAR Polymer”in ixrac gəlirləri 41,7% artıb — Fins.az — Fins.az