SOCAR ötən il nefti satdığı qiyməti AÇIQLAYIB

SOCAR ötən il nefti satdığı qiyməti AÇIQLAYIB

DİGƏR
982

Ötən il "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta qiyməti 66,79 ABŞ dolları təşkil edib.

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib."İnişil neftin ümumi qiyməti daha yüksək olub", - deyə İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,3 dollar təşkil edib.Beləliklə, 2018-ci illə müqayisədə ötən il "Azeri Light" markalı neftin orta qiyməti 6,51 dollar və ya 9%-ə yaxın aşağı olub.

İ. Əhmədov onu da bildirib ki, 2019-cu il ərzində "Azeri Light" qiymətinin pik həddi aprel ayında 77,23 dollar səviyyəsində qeydə alınıb, il ərzində ən aşağı qiymət həddi isə düz bir il əvvəl, yanvar ayında 56,34 dollar olub.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) məlumatına görə, 2019-cu ildə beynəlxalq etalon Brent markalı neftin bir barelinin qiyməti orta hesabla 64 dollar təşkil edib, bu da 2018-ci ilin orta göstəricisindən 7 dollar azdır. ABŞ-ın etalon sayılan WTI markalı neftinin bir barelinin qiyməti isə orta hesabla 57 dollar olub ki, bu da 7 dollar azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR ötən il nefti satdığı qiyməti AÇIQLAYIB — Fins.az — Fins.az