SOCAR-ın 2019-cu ildə Gürcüstana ixrac etdiyi qazın miqdarı AÇIQLANIB

SOCAR-ın 2019-cu ildə Gürcüstana ixrac etdiyi qazın miqdarı AÇIQLANIB

DİGƏR
987

SOCAR 2019-cu ildə Gürcüstana qaz ixracını 11,3% - 1 mlrd. 229,7 mln. kubmetrədək artırıb. Fins.az xəbər verir ki, bu barədə  Energetika Nazirliyinin hesabatında məlumat verilir

“Dəqiqləşdirilmiş məlumata görə, 2018-ci ildə SOCAR Gürcüstana 1 mlrd. 105 mln. kubmetr qaz ixrac edib. 2019-cu ildə bu rəqəm 1 mlrd. 229,7 mln. kubmetr təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 11,3% çoxdur” – nazirlikdən məlumat verilir.

Nazirliyin məlumatına görə, 2019-cu ildə Gürcüstan “Şahdəniz” yatağından 1 milyard 176,4 mln. kubmetr qaz idxal edib (artım 6,6%).

Beləliklə, ötən il Gürcüstan Azərbaycandan 2 milyard 406,1 milyon kubmetr hıcmində qaz əldə edib. (2018-ci illə müqayisədə artım 9% - İF).

Hazırda Azərbaycan Gürcüstana qazın əsas tədarükçüsüdür.

SOCAR tərəfindən qaz Qazıməmməd-Qazax magistral qaz kəməri ilə nəql olunur.

Bundan əlavə, “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazı da Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum – İF) ilə Gürcüstana nəql olunur.

Gürcüstanda təbii qaz bazarının (topdan və pərakəndə) inkişaf etdirilməsi məqsədilə 2007-ci ildə “SOCAR Georgia Gas Ltd” yaradılıb.

2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti şirkət tərəfindən ölkənin qaz infrastrukturuna sərmayə qoyuluşu şərtilə 23 regional qazpaylayıcı şirkət və bir sıra qaz təsərrüfatı və şəbəkəsinin onun idarəçiliyinə verilməsi haqqında müqavilə imzalayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR-ın 2019-cu ildə Gürcüstana ixrac etdiyi qazın miqdarı AÇIQLANIB — Fins.az — Fins.az