SOCAR idarəsinin ixrac gəlirləri 27,4 milyon dollar olub

SOCAR idarəsinin ixrac gəlirləri 27,4 milyon dollar olub

DİGƏR
201

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 27,4 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Fins.az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart nəşrində əksini tapıb.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar–fevral ayları ilə müqayisədə 43 milyon ABŞ dolları və ya 61,1% azalma nümayiş etdirir.

İİTKM-in açıqlamasında qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında dövlətə məxsus şirkətlərin siyahısında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda həmçinin aşağıdakı şirkətlər təmsil olunub: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, ARDNŞ-in Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “İstisu” Mineral Su Zavodu MMC.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR idarəsinin ixrac gəlirləri 27,4 milyon dollar olub — Fins.az — Fins.az