SOCAR CAPE-in ixrac gəlirləri açıqlanıb

SOCAR CAPE-in ixrac gəlirləri açıqlanıb

DİGƏR
275

2026-cı ilin yanvar-fevral aylarında "SOCAR CAPE" şirkətinin ixracdan əldə etdiyi gəlirlər 328,3 min ABŞ dolları təşkil edib.

Fins.az-ın məlumatına görə, bu göstərici İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mart ayında açıqladığı “İxrac icmalı”na əsaslanır. Ötən ilin eyni dövrü üzrə gəlirlərlə bağlı məlumatlar dərc olunmayıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi rəhbərlik edir. Siyahıda həmçinin “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "İstisu" mineral su zavodu MMC yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR CAPE-in ixrac gəlirləri açıqlanıb — Fins.az — Fins.az