Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-citsu üzrə Ümumrespublika seminarı keçirilib

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-citsu üzrə Ümumrespublika seminarı keçirilib

DİGƏR
28

Bu gün Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika seminarı keçirilib.

Fins.az xəbər verir ki, seminarda İctimai Birliyin Bakı şəhərində və regionlarda fəaliyyət göstərən müxtəlif klub və filiallarının idmançıları iştirak ediblər.

Tədbir Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov rəhbərliyi ilə baş tutub. Açılış nitqi ilə çıxış edən ustad seminarın məqsədi, proqramı, qara kəmər sahiblərinin fəaliyyəti və yeni qoşulan idmançılar barədə məlumat verib.

Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək təşkil olunan tədbirlərin əlamətdar və tarixi günlərə həsr edilməsinin əhəmiyyətindən danışıb. O, həmçinin milli yığma komandanın Avropa çempionatında 4-cü yeri tutması münasibətilə idmançıları təbrik edib.

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

Tədbir çərçivəsində idmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələrinə layiq görülüblər. Seminarın sonunda iştirakçılara yeni kəmərləri təqdim olunub.

Qeyd edək ki, bu cür seminarlar Braziliya ciu-citsu idman növünün inkişafına, idmançıların peşəkar hazırlıq səviyyəsinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...