Şərqi Zəngəzurda ilk dəfə hərrac təşkil olunacaq

Şərqi Zəngəzurda ilk dəfə hərrac təşkil olunacaq

DİGƏR
356

Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq.

Bu barədə Fins.az-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşəbbüsü ilə keçiriləcək.

Hərrac iyunun 12-də Zəngilan rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının “Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB Evindəki (Ziya Bünyadov prospekti, 38C) pəncərəsinə müraciət etməlidirlər.

Sənədlərin qəbulu iyunun 5-də başa çatır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şərqi Zəngəzurda ilk dəfə hərrac təşkil olunacaq — Fins.az