
Sent Lüsiya millisinin baş məşqçisi: Bu nəticəni gözləmirdim
Fins.az - “Bu nəticəni gözləmirdim”.
Bu sözləri “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan millisinə 1:6 hesabı ilə məğlub olan Sent Lüsiya millisinin baş məşqçisi Stern Con deyib.
O bildirib ki, komandası sadə səhvlər edib və Azərbaycan millisi fiziki və taktiki baxımdan üstün olub:
“Bilirdik ki, rəqib fiziki və taktiki cəhətdən bizi üstələyəcək. Azərbaycan millisi çox yaxşı təşkilatlanmış komandadır. Bu barədə futbolçularıma məlumat vermişdim. Demişdim ki, onlar Avropa təmsilçisidir və güclü rəqiblərə qarşı oyunlar keçiriblər. Buraya gəlmək üçün uzun zaman sərf etdik. Bir oyun keçirmək məyusedicidir”, - deyə baş məşqçi əlavə edib.