“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb

DİGƏR
267

27 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Rəqsləri Federasiyası və Sea Breeze idarə heyətinin dəstəyi ilə The Grand Hall hotelində ilk dəfə olaraq “Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” adlı idman rəqsləri üzrə müsabiqə keçirilib.

Fins.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkədə rəqs idmanının inkişafına töhfə vermək, gənc idmançıların bacarıqlarını nümayiş etdirmək və sağlam rəqabət mühitinin formalaşmasına dəstək olmaq olub. Yarışda müxtəlif klubları təmsil edən ümumilikdə 5 klubdan 40 idmançı-rəqqas iştirak edib.

Müsabiqədə aşağıdakı klubların idmançıları mübarizə aparıblar:

* Azəri İnciləri

* Osmanov Studiyası

* Olimp

* Şane

* Aypara

Yarış iki nominasiya üzrə təşkil olunub.

Böyüklər – Latın proqramı üzrə nəticələr:

🥇 1-ci yer – Şeşukop Ostap və Məmmədova Mədinə (Aypara klubu)

🥈 2-ci yer – Tağırov Rüstəm və İsmayılova Stefaniya (Şane klubu)

🥉 3-cü yer – Sirbiladze Akaki və Çxenkeli Sofiya (Aypara klubu)

Uşaqlar qrupu üzrə nəticələr:

🥇 1-ci yer – Eldarsoy Xalid və Nəcəfli Şarliz (Olimp klubu)

🥈 2-ci yer – Səfərli Səid və Allahverdiyeva Leyli (Azəri İnciləri klubu)

🥉 3-cü yer – Həsənov Atilla və Əlizadə Cahan (Aypara klubu)

Tədbir Azərbaycanda rəqs idmanına marağın artdığını və bu sahədə gənc idmançıların inkişafı üçün yeni imkanların formalaşdığını bir daha nümayiş etdirib.

Federasiyanın Prezidenti Əli Həşimli qeyd edərək bildirdi ki, bu kimi yarışların keçirilməsi ölkədə idman rəqslərinin inkişafı, yeni istedadların üzə çıxarılması və beynəlxalq yarışlara hazırlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...