Şagirdlərin tibbi göstəricilərinə dair məlumat bazası yaradılacaq

Şagirdlərin tibbi göstəricilərinə dair məlumat bazası yaradılacaq

DİGƏR
980

Məktəblərdə tibbi personalın təhkim olunması ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır.

Fins.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Zamirə Ədilova deyib.

O bildirib ki, şagirdlərin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasına inteqrasiya edilməsi məsələsi müzakirə olunur:

“Bu mövzuda artıq Təhsil Nazirliyi və TƏBİB arasında görüş keçirilib”.

O əlavə edib ki, görüşdə orta və ümumtəhsil müəssisələrində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, tibb məntəqələrinin sayının artırılması, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq, hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şagirdlərin tibbi göstəricilərinə dair məlumat bazası yaradılacaq — Fins.az — Fins.az