
Sabaha Baku və Abşeron yarımadasında yağışlar tədricən azalacaq
Fins.az - 29 martda Bakı və Abşeron yarımadasında dəyişkən, bəzi yerlərdə intensiv yağışlar gözlənilir. Yoğun yağıntılar nəticəsində bəzi ərazilərdə yenidən su basma halları baş verə bilər.
Gündüz saatlarında yağışlar tədricən dayanacaq, gecə və gündüz bəzi yerlərdə duman müşahidə oluna bilər. Gündüz saatlarında şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8–11° isti, gündüz 12–17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 90–95%, gündüz 60–70% təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə isə qar gözlənilir. Bəzi yerlərdə yağıntılar intensiv ola bilər, şimşək çaxma və dolu müşahidə edilə bilər. Külək isə mülayim qərb istiqamətində əsəcək.29 martda Bakı və Abşeron yarımadasında dəyişkən, bəzi yerlərdə intensiv yağışlar gözlənilir. Yoğun yağıntılar nəticəsində bəzi ərazilərdə yenidən su basma halları baş verə bilər.
Gündüz saatlarında yağışlar tədricən dayanacaq, gecə və gündüz bəzi yerlərdə duman müşahidə oluna bilər. Gündüz saatlarında şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8–11° isti, gündüz 12–17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 90–95%, gündüz 60–70% təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə isə qar gözlənilir. Bəzi yerlərdə yağıntılar intensiv ola bilər, şimşək çaxma və dolu müşahidə edilə bilər. Külək isə mülayim qərb istiqamətində əsəcək.