Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəni keçəcək

Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəni keçəcək

DİGƏR
505

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.

Finss.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +40 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək , dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq.

Məqalədə:

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəni keçəcək — Fins.az — Fins.az