
Rusiyalı xizəkçi Baqiyan Paralimpiadada ikinci qızıl medalını qazandı
Fins.az - Rusiyalı xizəkçi Anastasiya Baqiyan İtaliyada keçirilən Qış Paralimpiya Oyunlarında 10 km məsafəyə fərdi startlı yarışda qızıl medal qazanıb.
İdmançı görmə məhdudiyyətli paralimpiyaçıların kateqoriyasında çıxış edir.
Bu, Baqiyanın Paralimpiada-2026-da ikinci qızıl medalıdır. O, bundan əvvəl sprint yarışında da birinci olub.
Yarış zamanı Anastasiya Baqiyanı tras boyunca bələdçi Sergey Sinyakin müşayiət edib.
Hazırda İtaliyada keçirilən Paralimpiya Oyunlarında Rusiya komandasının hesabında 4 qızıl və 2 bürünc medal var.
Rusiya idmançıları yarışlarda ölkənin dövlət rəmzləri altında çıxış edirlər.