Rusiya səfiri: Türkiyə ilə ticarət sanksiyaların təzyiqi səbəbindən azalır

Rusiya səfiri: Türkiyə ilə ticarət sanksiyaların təzyiqi səbəbindən azalır

DİGƏR
292

Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov bildirib ki, Rusiya əleyhinə sanksiyalar Rusiya ilə Türkiyə arasında ikitərəfli ticarətə mənfi təsir göstərir.

Finss.az xəbər verir ki, diplomat qeyd edib ki, tətbiq edilən məhdudiyyətlər beynəlxalq ticarət zəncirlərini məhv edir, bank köçürmələrini əngəlləyir və malların tədarükünü çətinləşdirir.

Erxov vurğulayıb ki, sanksiyalar təkcə Rusiyaya deyil, həm də sanksiyaların təşəbbüskarı olan ölkələrə, onların şirkətlərinə və sahibkarlarına ziyan vurur.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya səfiri: Türkiyə ilə ticarət sanksiyaların təzyiqi səbəbindən azalır — Fins.az