“Real” 17 yaşlı braziliyalı futbolçu ilə 6,5 illik müqavilə imzalayacaq

“Real” 17 yaşlı braziliyalı futbolçu ilə 6,5 illik müqavilə imzalayacaq

DİGƏR
1,133

İspaniyanın “Real” klubu Braziliya “Flamenqo”sunda çıxış edən Reynyeri heyətinə qatır.

Fins.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi ilə 6,5 illik müqavilə imzalayacaq.

Madrid təmsilçisi 17 yaşlı futbolçu üçün 30 milyon avro ödəyəcək. Bunun 24 milyonu “Flamenqo”ya, 3 milyonu futbolçunun ailəsinə, 3 milyonu agentinə çatacaq.

“Real” rəhbərliyi cənubi amerikalının öncə əvəzedici komandası “Kastilya”ya qoşulmasını planlaşdırır. Futbolçunun ailəsi isə artıq ispan dilini öyrənməyə başlayıb və Madrid yaşamaq üçün ev axtarışına çıxıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Real” 17 yaşlı braziliyalı futbolçu ilə 6,5 illik müqavilə imzalayacaq — Fins.az — Fins.az