"Atletiko"nun futbolçusunun İngiltərə klubuna transferi baş tutmayıb

"Atletiko"nun futbolçusunun İngiltərə klubuna transferi baş tutmayıb

DİGƏR
318

İspaniyanın "Atletiko" klubunun hücumçusu Samu Omorodionun İngiltərə təmsilçisi "Çelsi"yə keçidi baş tutmayıb.

Finss.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 20 yaşlı ispaniyalı futbolçu ilə müqavilənin şərtlərini razılaşdıra bilməyib.

"Çelsi"nin S.Omorodionu 40 milyon avroya transfer etməyə razı olduğu bildirilirdi. 2023/2024 mövsümündə "Alaves" klubunda icarə əsasında çıxış edən oyunçu 35 matçda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, forvardın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna kimidir. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Kaira Agayeva 

Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Atletiko"nun futbolçusunun İngiltərə klubuna transferi baş tutmayıb — Fins.az