Qeyri-qanuni lotoreya keçirənlər aşkar edildi

Qeyri-qanuni lotoreya keçirənlər aşkar edildi

DİGƏR
143

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” Qanuna və öz Əsasnaməsinə uyğun olaraq Göyçay rayonunda lotereyaların təşkili ilə bağlı nəzarət tədbirlər həyata keçirib. Komitədən fins.az-a verilən məlumata görə, yoxlama zamanı rayondakı “Mega Market” ticarət mərkəzi tərəfindən müvafiq hüquq əldə etmədən stimullaşdırıcı lotereyanın keçirilməsi aşkar edilib. QKDK “Mega Market” ticarət mərkəzi tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qeyri-qanuni lotoreya keçirənlər aşkar edildi — Fins.az — Fins.az