
Qəbələdə yeni turizm nişanları və informasiya lövhələri quraşdırılacaq
Dövlət Turizm Agentliyi Qəbələ rayonu üzrə turistik yol və piyada nişanlanması, həmçinin ölkənin bəzi qatar stansiyalarında informasiya lövhələrinin quraşdırılması xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Fins.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 64 min 519,20 manat təşkil edir. Müsabiqə 27 aprel 2026-cı il tarixində dərc olunub, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 20 may 2026-cı il saat 17:00-dır.
Satınalma çərçivəsində Qəbələ rayonu üzrə turizm məlumat işarələrinin və informasiya lövhələrinin hazırlanaraq quraşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində müxtəlif tipli turizm məlumat nişanları, o cümlədən “Infoboard 2”, “B30F” və “B30G” tipli işarələrin quraşdırılması planlaşdırılır.
Tenderdə iştirak haqqı 129,04 manat, istifadə haqqı isə 25 manatdır. İddiaçıların minimum sayı 3 müəyyən edilib.
Müsabiqədə iştirak və bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə həyata keçiriləcək. Tenderin əsas şərtlər toplusu 27 aprel saat 17:00-dan sonra əldə edilə bilər.