Qadın sahibkarlara 16.4 milyon manat güzəştli kredit verilib

Qadın sahibkarlara 16.4 milyon manat güzəştli kredit verilib

DİGƏR
476

2023‑cü il ərzində ümumilikdə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 3726 investisiya layihəsinin maliyyələşdirilməsinə 193.8 milyon manat, o cümlədən qadın sahibkarlıq subyektlərinin 290 layihəsi üzrə 16.4 milyon manat güzəştli kredit verilib.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Beləliklə, qadın sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilmiş kreditlər layihə sayı olaraq 7.8%, kredit məbləği olaraq isə 8.5% təşkil edib.

2022‐ci il ərzində isə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumilikdə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145.9 milyon manat, o cümlədən qadın sahibkarlıq subyektlərinin 218 layihəsi üzrə 13.9 milyon manat güzəştli kredit verilib. Beləliklə, qadın sahibkarlıq subyektlərinin investisiya layihələrinə verilmiş kreditlər layihə sayı olaraq 7.9%, kredit məbləği olaraq isə 9.5% təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qadın sahibkarlara 16.4 milyon manat güzəştli kredit verilib — Fins.az