Pensiyaçılar manatın ucuzlaşmasını hiss etməyəcək - DSMF

Pensiyaçılar manatın ucuzlaşmasını hiss etməyəcək - DSMF

DİGƏR
104

Azərbaycan iqtisadiyyatı ilə bağlı baş verən proseslər, o cümlədən dünya bazarında neftin ucuzlaşması, manatın məzənnəsinin zəifləməsi pensiya-sığorta sisteminə heç bir təsir göstərmir. Fins.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq pensiya-sığorta sisteminə qarşı mənfi təsirlərin qarşısı alınır: “Bildiyiniz kimi biz həm pensiyaların sığorta hissəsini, həm də fərdi hesablarda yığılmış vəsaitləri inflyasiyaya uyğun indeksləşdiririk. Bu baxımdan heç bir problem yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pensiyaçılar manatın ucuzlaşmasını hiss etməyəcək - DSMF — Fins.az — Fins.az