
Orta yaşda yüksək D vitamini Altsheymer riskini azalda bilər
Fins.az - İrlandiyanın Qalvey Universitetində aparılan beynəlxalq araşdırma göstərib ki, orta yaş dövründə yüksək D vitamini səviyyəsi sonrakı illərdə Altsheymer xəstəliyi riskinin azalması ilə əlaqəli ola bilər.
Tədqiqatda orta yaşı 39 olan və demans əlamətləri müşahidə edilməyən 793 nəfərin qanında D vitamini səviyyəsi ölçülüb. Təxminən 16 il sonra iştirakçıların beyin müayinələri aparılaraq Altsheymerlə əlaqəli tau və amiloid-beta zülallarının səviyyələri təhlil edilib.
Nəticələrə əsasən, orta yaşda daha yüksək D vitamini səviyyəsinə malik olan şəxslərdə illər sonra bu xəstəliklə bağlı biomarkerlər daha aşağı səviyyədə müşahidə olunub. Bu isə D vitamininin beyin sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərir.